Heydər Əliyev və Azərbaycan gəncliyi

Heydər Əliyev və Azərbaycan gəncliyi
  • Cəmiyyət

  • 08 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının bir qrup gənc fəalı rayonunun Heydər Əliyev Mərkəzini ziyarət ediblər. YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və gənclərin bir qrupu əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər. Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.
    Ziyarət Masallı Heydər Əliyev Mərkəzinin akt zalında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusu ilə davam etdirilmişdir.
    Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, türk dünyasının böyük oğlu Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

    Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb. S.Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı, fenomenal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin hərtərəfli inkişafına nail olduğunu, müstəqilliyini əbədi və dönməz etdiyini və uğurlu siyasəti sayəsində respublikamızı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıb.  

    Seyfəddin Əliyev gənc nəslin düzgün formalaşmasının ölkə siyasətində önəmli yer  tutduğunu qeyd edərək, bildirmişdir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün  Azərbaycan gəncliyi bütün sahələrdə özlərini doğruldurlar. “Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçı erməni təxribatının qarşısının alınması zamanı 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi əfsanəvi qəhrəmanlıqlar nəticəsində Müzəffər Ordumuz düşmən üzərində şanlı Zəfərə  imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.

    Tədbirdə Dilarə Hüseynova, Vüsal Piriyev və başqaları çıxış edərək Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin rolundan danışaraq, Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulayıblar.












    PAYLAŞ:

    Oxşar xəbərlər