Xəbər verdiyimiz kimi, Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib.
Ötən gün axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.
Qeyd edək ki, daha öncəki məlumatda zəhərlənənlərin sayının 15 olduğu bildirilirdi.
Mübariz Məmmədov