Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq
  • İdman

  • Dekabrın 9-da UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq.

    LEQAL.AZ xəbər verir ki, A, B, C və D qruplarındakı matçlardan sonra səkkizdəbir finala son dörd vəsiqənin sahibi müəyyənləşəcək.

    A qrupunda İspaniyanın “Atletiko Madrid” klubu Avstriyada “Zaltsburq” ilə qarşılaşacaq. Növbəti mərhələ üçün qonaqlara heç-heçə də kifayət edəcək. Digər oyunda isə “Bavariya” komandası Moskvanın “Lokomotiv” klubunu qəbul edəcək.

    B qrupunda İtaliyanın “İnter” klubu evdə Ukraynanın “Şaxtyor” komandasını, “Real Madrid” isə “Borussiya Mönxenqladbax” kollektivini sınağa çəkəcək. Bu qrupda dörd komandadan hər birinin səkkizdəbir finala adlamaq şansı olduğundan hər iki görüşün gərgin idman mübarizə şəraitində keçəcəyi gözlənilir.

    C qrupunda yer alan “Mançester Siti” və “Portu” növbəti mərhələyə vəsiqəni təmin etdiyindən bu komandaların görüşləri formal xarakter daşıyır. Mançester təmsilçisi öz meydanında “Marsel” komandasını qəbul edəcək. “Portu” isə səfərdə “Olimpiakos” (Yunanıstan) klubunun qonağı olacaq.

    D qrupunda İngiltərənin “Liverpul” klubu səfərdə “Midtyulland” (Danimarka) komandasının qonağı olacaq. “Mersisayd” təmsilçisindən sonra bu qrupda növbəti mərhələyə yüksələcək digər komanda “Ayaks” – “Atalanta” görüşündən sonra müəyyənləşəcək.

    H qrupunda isə təxirə salınmış “Paris Sen-Jermen” (Fransa) – “Başakşəhər” (Türkiyə) oyunu keçiriləcək. Ötən gün baş tutmalı olan qarşılaşma dördüncü hakim Sebastian Koltseskunun qonaq komandanın məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə yarımçıq dayandırılıb. Görüş bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək. Qeyd edək ki, qarşılaşmanın hakimləri dəyişdirilib.

    Bu qrupda Almaniyanın “Leyptsiq” komandası ilə “Paris Sen-Jermen” səkkizdəbir finala vəsiqə qazanıb. İngiltərənin “Mançester Yunayted” klubu isə mübarizəni UEFA Avropa Liqasının onaltıdabir final mərhələsində davam etdirəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər