İngiltərə Premyer Liqasının 15-ci turu keçirilib

İngiltərə Premyer Liqasının 15-ci turu keçirilib
  • İdman

  • Dekabrın 26-da futbol üzrə İngiltərə Premyer Liqasının 15-ci turunun oyunlarına start verilib.

    LEQAL.AZ xəbər verir ki, turun mərkəzi qarşılaşmalarından biri “King Power” stadionunda oynanılıb. “Lester Siti” öz meydanında “Mançester Yunayted” komandasını qəbul edib. Lesterdə keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

    Qarşılaşmada hesabı “Mançester Yunayted” açıb. Matçın 23-cü dəqiqəsində Markus Reşford fərqlənib. "Lester" rəqibə 31-ci dəqiqədə Xarvi Barnsın qolu ilə cavab verib. Qonaqlar görüşün 79-cu dəqiqəsində Brunu Fernandeşin qolu ilə hesabda irəli çıxıblar. Lakin “Mançester Yunayted” klubu "Lester" hücumçusu Ceymi Vardinin zərbəsindən sonra topu öz qapılarına göndərmiş Aksel Taunzebenin avtoqolu ilə qələbəni əldən verib.

    Bu görüşdən sonra "Lester" 28 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində ikinci yeri tutur. "Mançester Yunayted" 14 xalla üçüncü yerdə qərarlaşıb.

    Növbəti turda Mançester təmsilçisi ö meydanında “Volverhemton” komandasını qəbul edəcək. “Lester Siti” isə səfərdə “Kristal Palas” komandasının qonağı olacaq.

    Günün digər maraq doğuran görüşü "Emireyts" stadionunda iki London komandaları - "Arsenal" klubu və “Çelsi"ni klubları arasında baş tutub. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

    Qarşılaşmada hesab 34-cü dəqiqədə açılıb. "Aristokratlar"ın müdafiəçisi Ris Ceyms komandasının cərimə meydançasında qaydaları pozub. Aleksandr Lyakazett 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Matçın 44-cü dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Qranit Caka cərimə zərbəsini əla yerinə yetirərək "Arsenal"ın hesabdakı üstünlüyünü artırıb. Qarşılaşmanın 56-cı dəqiqəsində "topçular" hesabdakı fərqi bir qədər də artırıblar — yarımmüdafiəçi Bukayo Saka hücumçu Emil Smitin ötürməni qola çevirib.

    Bu qələbədən sonra xal ehtiyatını 17-ə çatdıran “Arsenal” turnir cədvəlində 14-cü pilləyə yüksəlib. “Çelsi” isə 25 xalla 7-ci yerdədir.

    On altıncı turda “Arsenal” səfərdə “Brayton” klubunun qonağı olacaq. “Çelsi” isə “Aston Villa”nı qəbul edəcək.

    Turun daha bir maraq doğuran görüşü “Etihad” stadionunda oynanılıb. Çempionluğa iddialı “Mançester Siti” doğma azarkeşlər önündə “Nyukasl Yunayted” klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb.

    Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

    “Aston Villa” - “Kristal Palas” - 3:0;

    “Fulhem” - “Southemton” - 0:0;

    “Şeffild Yunayted” - “Everton” - 0:0.
    PAYLAŞ:

    Oxşar xəbərlər