İlkay Gündoğan İngiltərə Premyer Liqasında ayın futbolçusu seçildi

İlkay Gündoğan İngiltərə Premyer Liqasında ayın futbolçusu seçildi
  • İdman

  • “Mançester Siti” klubunun formasını geyinən Almaniya yığmasının türk əsilli oyunçusu İlkay Gündoğan İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu seçilib.

    “Habertürk”ün məlumtına görə, 30 yaşlı yarımmüdafiəçi digər yeddi namizəddən daha çox səs toplayıb.

    Peşəkar idman karyerasında ilk dəfə bu ada layiq görülən furbolçu, hazırda komandasının yarışmanın ilk pilləsində olmasını özü üçün böyük xoşbəxtlik hesab etdiyini bildirib.

    İlkay yanvar ayında vurduğu beş qolla “Mançester Siti”nin birinciliyə yüksəlməsində pay sahibi olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər