“Milan” klubu liderliyini davam etdirir

“Milan” klubu liderliyini davam etdirir
  • İdman

  • Yanvarın 30-da futbol üzrə İtaliya A Seriyasının 20-ci turunun növbəti oyunu keçirilib.

    LEQAL.AZ xəbər verir ki, A Seriyasının lideri “Milan” klubu səfərdə “Bolonya” komandasının qonağı olub.

    Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı “Milan” klubu matçın 26-cı dəqiqəsində açıb. Anter Rebiç fərqlənib.

    Fasilədən sonra oyunun 56-cı dəqiqəsində “Milan” hesab arasındakı fərqi iki topa çatdırıb. Frank Kessi hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Qarşılaşmanın 81-ci dəqiqəsində meydan sahibləri qollardan birinin əvəzini çıxıb. Anrea Poli Skov Olsenin ötürməsini qola çevirib.

    Qalan dəqiqələrdə hər iki komandanın fərqlənməyə şansı olsa da hesab dəyişilməyib. Bu qələbə sayəsində “Milan” xal ehtiyatını 46-ya çatdıraraq liderliyini davam etdirir. “Bolonya” isə 20 xalla 13-cü yerdə qərarlaşıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər