İngiltərə Premyer Liqası: “Liverpul” son dəqiqələrdə qələbəni əldən verib

İngiltərə Premyer Liqası: “Liverpul” son dəqiqələrdə qələbəni əldən verib
  • İdman

  • Noyabrın 28-də futbol üzrə İngiltərə Premyer Liqasının 10-cu turunun növbəti oyunu keçirilib.

    LEQAL.AZ xəbər verir ki, son çempion “Liverpul” səfərdə “Brayton” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı Mersessayd təmsilçisi açıb. Oyunun 60-ci dəqiqəsində Dioqu Jota fərqlənib. Matçın son dəqiqəsində meydan sahibləri hesabı bərabərləşdirib. Hakimin təyin etdiyi penaltini Paskal Qross dəqiq yerinə yetirib.

    Bu nəticədən sonra xal ehtiyatını 21-ə çatdıran “Liverpul” turnir cədvəlində ikinci pillədə, “Brayton” isə 10 xalla 16-cı yerdə qərarlaşıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər