Bu gün futbol üzrə İspaniya La Liqasının 12-ci turun növbəti oyunu keçirilib.
LEQAL.AZ xəbər verir ki, turun mərkəzi qarşılaşması “Santiaqo Bernabeo” stadionunda oynanılıb. İki şəhərin klubları - “Real Madrid” və “Atletiko Madrid” komandaları üz-üzə gəlib.
Oyun hər iki komandaların qarşılıqlı hücumları ilə başlayıb.
Matçın 15-ci dəqiqəsində “Real Madrid” hesabı açıb. Toni Krossun künc ötürməsini Kazemiro dəqiq baş zərbəsi ilə tamamlayıb.
Fasiləyə kimi “Atletiko Madrid” rəqibin qapısı qarşısında bir necə dəfə təhlükəli vəziyyətlər yaradıb, lakin hesabı dəyişə bilməyib.
Qarşılaşmanın ikinci hissəsində “kral” klubu hesab arasındakı fərqi iki topa çatdırıb. Oyunun 63-cü dəqiqəsində müdafiəçilər “Real Madrid” klubunun hücumunu dəf edərək cərimə meydançasından uzaqlaşdırıb. Topa hamıdan tez yetişən Dani Karvalxal qapıya qüvvətli zərbə ilə baxımlı qola imza atıb.
Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Bu nəticədən sonra xal ehtiyatını 23-ə çatdıran “Real Madrid” üçüncü yerdə qərarlaşıb. "Atletiko Madrid” isə məğlub olmağına baxmayaraq La Liqanın lideridir.
Növbəti turda “Real Madrid” öz meydanında
"Atletik Bikbao”ı, “Atletiko Madrid” isə "Elçe"ni qəbul edəcək.
Bu komandalar İspaniya La Liqasında 166-ci dəfə üz-üzə gəlirlər. Onların 88-də “Real Madrid”, 39-da isə “Atletiko Madrid” qalib gəlib. Otuz doqquz oyunda qalib müəyyənləşməyib.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
"Real Valladolid" - "Osasuna" - 3:2;
"Valensiya" - "Atletik Bilbao" - 2:2;
“Xetafe” - “Sevilya” - 0:1;
“Hueska” - “Deportivo Alaves” - 1:0.