Dekabrın 13-də futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun növbəti görüşləri keçirilib.
LEQAL.AZ xəbər verir ki, “Sellxerst Park” stadionunda “Kristal Palas” klubu Premyer Liqanın lideri “Tottenhem” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 1:1. Oyunda hesabı 23-cü dəqiqədə qonaqlar açsalar da, qarşılaşmanın başa çatmasına 9 dəqiqə qalmış meydan sahibləri tarazlığı bərpa ediblər.
Bu nəticədən sonra xal ehtiyatını 25-ə çatdıran “Tottenhem” liderliyini davam etdirir. “Kristal Palas” isə 17 xalla 11-ci yerdə qərarlaşıb. Növbəti turda “Kristal Palas” səfərdə “Vest Ham Yunayted”in, “Tottenhem” isə “Liverpul”un qonağı olacaq.
Turun bu gün oynanılan digər görüşlərində “Everton” doğma meydanda “Çelsi”ni (1:0),
“Southamton” isə “Şeffild Yunayted”i (3:0) məğlubiyyətə uğradıb.
Premyer Liqanın 12-ci turuna “Fulham”-“Liverpul”, “Arsenal”-“Börnli” və “Lester Siti”-“Brayton və Hove Albion” görüşləri ilə yekun vurulacaq.
Xatırladaq ki, turun ötən gün keçirilmiş görüşlərində aşağıdakı nəticələr qeydı alınıb:
“Lids Yunayted” - "Vest Ham Yunayted" - 1:2;
"Volverhemton" - “Aston Villa" - 0:1;
“Nyukasl Yunayted” - “Vest Bromviç” - 2:1;
“Mançester Yunayted” – “Mançester Siti” – 0:0.