2016 Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalçısı Elmar Qasımov cüdo üzrə növbəti dəfə ölkə çempionu adına layiq görülüb.
“Leqal” xəbər verir ki, 35 yaşlı cüdoçu Cüdo üzrə qadınlar və kişilər arasında keçirilən Azərbaycan çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Təcrübəli idmançı -100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.