Prezident İlham Əliyev Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbul etdi

Prezident İlham Əliyev   Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbul etdi
  • Cəmiyyət

  • Azərbaycanda idmanın və Olimpiya Hərəkatının intibah dövrü 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başlayıb. İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi ilk addımları dövlət idman strukturları və milli idman federasiyaları ilə əlaqələrin qurulmasını, federasiyaların işinin canlandırılmasını, birgə fəaliyyətin təşkilini əhatə etdi. Bu dövrdən sonra ölkəmizdə idmanın və Olimpiya Hərəkatının yeni inkişaf mərhələsi başladı, idmançıların sosial problemləri ilə bağlı bir sıra məsələlər öz həllini tapdı, federasiyaların işində dönüş yarandı.
                 
    Bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu yüksək nəticə kimi qiymətləndirilir.
             
    Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etdi.
           
    Prezident idmançılarla görüşündə vurğuladı ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. “Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir. Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Daha çox medal qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir”.
         
    Prezident həmçının bildirdi ki ,növbəti Olimpiya oyunlarına hazırlıq indidən başlamalıdır: Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.
               
    Daha sonra dövlətimizin başçısı XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunan idmançılara və onların məşqçilərinə ordenləri təqdim etdi.




             
    Əzizova Mehriban,
    Masallı şəhər N.Nərimanov  adına 2 nömrəli tam orta məktəb

    PAYLAŞ:

    Oxşar xəbərlər