Türkiyə Superkuboku matçının tarixi və yeri açıqlandı

Türkiyə Superkuboku matçının tarixi və yeri açıqlandı
  • İdman

  • Türkiyə Futbol Federasiyası (TFF) əvvəlcə Səudiyyə Ərəbistanında oynanılması planlaşdırılan, lakin məlum səbəblərdən ləğv edilən “Fənərbağça” - “Qalatasaray” Superkubok matçının 7 aprel bazar günü saat 21:00-da Şanlıurfada oynanılacağını açıqlayıb.

    Qarşılaşmanın Şanlıurfa 11 Nisan Stadionunda oynanılacağı qeyd edilib.

    Xatırladaq ki, sözügedən matç ötən il dekabrın 30-da ləğv edilib. Buna səbəb kimi Səudiyyə Ərəbistanının hər iki komandaya Türkiyə Respublikasının 100 illiyi ilə bağlı Atatürkə dair pankarta, formaya və İstiqlal Marşının oxunmasına qoyulan qadağası göstərilir. Bu qadağadan sonra hər iki komanda vahid mövqedən çıxış edərək Türkiyəyə qayıtmaq qərarı verib. Nəticədə Səudiyyə Ərəbistanındakı Superkubok matçı ləğv edilib.


    TFF

    2023 Turkcell Süper Kupa müsabakası, 2022-2023 Sezonu Süper Lig Şampiyonu Galatasaray A.Ş. ile 2022-2023 Sezonu Ziraat Türkiye Kupası Şampiyonu Fenerbahçe A.Ş. kulüpleri arasında, 7 Nisan 2024 Pazar günü saat 21.00'de Şanlıurfa 11 Nisan Stadyumu'nda oynanacaktır.
    6:31 PM · Feb 21, 2024
    PAYLAŞ:

    Oxşar xəbərlər