İyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən “SUDU” sağlamlıq mərkəzinin rəhbəri, paytaxt sakini, 1985-ci il təvəllüdlü Babək Rəhimli baş nahiyəsinə küt alətlə vurularaq öldürülüb.
“Leqal” APA-ya istinadən xəbər verir ki, orada işləyən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Natiq Fətiyev qətldə şübhəli bilinir.
Onun münaqişə zəminində B.Rəhimlini öldürüb, daha sonra meyiti Salyan rayonu Kürsəngi kəndinin ərazisində yerləşən gölün kənarına atdığı bildirilir.
N.Fətəliyev polis əməkdaşları tərəfindən tutulub.
Araşdırma aparılır.