Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü

Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü
  • Hadisə

  • Neftçalada avtomobilin kanala aşması sürücünün ölümü ilə nəticələnib.

    "Leqal" APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Qırmızıkən kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Neftçala rayon sakini Yaşar Kərimovun idarə etdiyi "Toyota" markalı avtomobili idarəetməni itirərək kanala aşıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, ölən şəxs əvvəllər Salyan rayonunun Şorsulu kənd əsəb-dispanser xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər