Dayə işlədiyi evdən 60 min manatlıq qızıl oğurladı

Dayə işlədiyi evdən 60 min manatlıq qızıl oğurladı
  • Hadisə / Maraqlı

  • Xətai rayonundakı evlərdən birində külli miqdar dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

    “Leqal” xəbər verir ki, zərərçəkən polisə müraciət edərək evindən 60 000 manat dəyərində qızıl-zinət əşyasının qeyri-aşkar şəraitdə oğurlandığını deyib.

    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Mənşurə Əliyeva müəyyən olunaraq tutulub. Araşdırmalarla həmin şəxsin dayə kimi çalışdığı evdən son 3 ay ərzində hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı məlum olub.

    Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər