Fəvvarələr meydanında yaradılan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasındakı köşklərdən birində yanğın baş verib.
“Leqal” xəbər verir ki, yanğınla bağlı görüntüləri “Operativ Media” yayıb.
Məlumata görə, yanğın qısa zamanda söndürülüb.
Qeyd edək ki, yarmarka bağlı olub, bu gün 19:00-dan sonra açılışı nəzərdə tutulub.