FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb

FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
  • Cəmiyyət / Maraqlı

  • Xocavənd rayonunun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar söndürülüb.

    Bu barədə "Leqal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Nazirlyin yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı sayəsində yanğınların qarşısı alınıb.

    Hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.

    Əlavə məlumat veriləcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər