Qadın namaz qılarkən öldürüldü - Gürcüstana qaçan əri tutuldu

Qadın namaz qılarkən öldürüldü - Gürcüstana qaçan əri tutuldu
  • Hadisə / Maraqlı

  • Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat xidmətindən Leqal.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1979-cu il təvəllüdlü Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstanda saxlanılıb.

    Bildirilir ki, L.Məmmədova namaz qılarkən öldürülübmüş.

    Ramil Məmmədovun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.
    PAYLAŞ:

    Oxşar xəbərlər