Goranboy rayon polis şöbəsinə müraciət edən Gəncə şəhər sakini Ç.Nəbiyev noyabrın 18-də Dəliməmmədli şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
LEQAL.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin Dəliməmmədli şəhər sakini Q.İmanov tərəfindən qaçırılması, habelə Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilib.
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Q.İmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.