Səbail rayonunda kafe və mağazalardan oğurluq edən 3 qardaş saxlanılıb-VİDEO

Səbail rayonunda kafe və mağazalardan oğurluq edən 3 qardaş saxlanılıb-VİDEO
  • Cəmiyyət

  • Səbail rayonunun 20-ci sahə ərazisində yaşayan paytaxt sakini Ramin Tağıyev polisə müraciət edərək ona məxsus mağazanın giriş qapısı naməlum şəxslər tərəfindən sındırılaraq içəridən 300 manat pul və 1700 manat dəyərindən müxtəlif çeşidli tütün məmulatları oğurlandığını bildirib.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb.

    Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri Vüsal, Namiq və Zamiq Vəliyev qardaşları saxlanılıb. Onlar ifadələrində Səbail rayonunda daha 2 mağaza və bir kafedən kosmetik vasitələr, ətirlər, televizor və ərzaq məhsulları oğurladıqlarını bildiriblər. Qardaşlar oğurluq etdikləri 4 obyektə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurublar.

    Faktlarla bağlı saxlanılan şəxslər barəsində 8-ci Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Vüsal, Namiq və Zamiq Vəliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

    Bu şəxslərin digər qanunsuz əməllərindən zərər çəkən vətəndaşlar varsa, Səbail RPİ-nin 8-ci Polis Bölməsinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

    PAYLAŞ:

    Oxşar xəbərlər