Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini A.Əliyev oktyabrın 18-də A.M.Şərifzadə küçəsindən “Khazar” markalı avtomobilinə sərnişin qismində əyləşmiş bir nəfərin onun 300 manat dəyərində mobil telefonunu apardığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
N.Məmmədovla bağlı aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün saat 10 radələrində C.Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla 372 manat dəyərində mobil telefon aparması, habelə beş nəfəri aldadaraq mobil telefonlarını alması, iki avtomobildən isə mobil telefon oğurlaması da müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.