Toylarda yoxlamalar davam edir: 3 nəfər cərimə olunub

Toylarda yoxlamalar davam edir: 3 nəfər cərimə olunub
  • Hadisə

  • Ötən gün Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 88 toy şənliyinin monitorinqini həyata keçirib.

    DİN-dən verilən məlumata görə, monitorinq 85 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

    Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər cərimə olunub, 38 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər