DİN: COVID-19 pasportu olmayan 1562 nəfər toy şənliyinə buraxılmayıb

DİN: COVID-19 pasportu olmayan 1562 nəfər toy şənliyinə buraxılmayıb
  • Cəmiyyət

  • İyulun 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 244 toy şənliyinin monitorinqini həyata keçirib.

    Daxili İşlər Nazirliyindən (DİN) LEQAL.AZ-a verilən məlumata görə, monitorinq 185 şadlıq sarayında, 59 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

    Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

    - 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb;

    -1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;

    - 89 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

    - 2 şəxs barədə materiallar baxılması üçün məhkəməyə göndərilib;


    - 1562 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər