Toylarda yoxlamalar davam edir: şadlıq sarayının sahibi həbs edildi

Toylarda yoxlamalar davam edir: şadlıq sarayının sahibi həbs edildi
  • Hadisə

  • Ötən gün Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 107 toy şənliyinin monitorinqini həyata keçirib.

    DİN-dən verilən məlumata görə, monitorinq 98 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

    Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 11 nəfər cərimə olunub, 1 şadlıq sarayının sahibi inzibati qaydada həbs edilib, 172 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər