Bakıda uşaq bağçasında 4 yaşlı oğlan öldü

Bakıda uşaq bağçasında 4 yaşlı oğlan öldü
  • Hadisə

  • Dünən günorta saatlarında Bakı şəhər Nərimanov rayonunda yerləşən uşaq bağçalarından birində ölüm hadisəsi baş verib.

    "Leqal"  Publika.az-a istinadən xəbər verir ki, Balaəmi Dadaşov küçəsi 7 ünvanında yerləşən 49 saylı uşaq bağçasında qruplardan birində 2017-ci il təvəllüdlü Dadaşov Mehti Ramin oğlunun halı qəfil pisləşib.

    4 yaşlı uşaq bağça əməkdaşlarının köməkliyi ilə saat 14:00 radələrində yaxınlıqdakı klinikaya çatdırılıb, lakin onun artıq vəfat etdiyi məlum olub.

    İlkin araşdırmalar zamanı azyaşlının üzərində hər hansı xəsarət izi aşkar edilməyib. Onun hansı səbəbdən halının pisləşməsi və vəfat etməsi hələlik məlum deyil.

    Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər