Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində yerləşən Ryazansk rayonunda silahlı insident baş verib. Nəticədə iki nəfər öldürülüb, dörd nəfər yaralanıb.
Rusiya mətbuatının yaydığı məlumata görə, hadisə Çoxfunksiyalı Dövlət Xidmətləri Mərkəzində qeydə alınıb.
Qeyd olunur ki, hücum əvvəlcədən planlaşdırıb. Hücüm edən şəxs - 45 yaşlı Sergey Qlazqov binaya daxil olub və qapının ağzından atəş açmağa başlayıb. O, odlu silahdan atəş açaraq, mühafizəçini və qadın əməkdaşı öldürüb.
Yaralanlardan biri 10 yaşlı qızdır.
Sergey Qlazqov saxlanılıb. Qeyd olunur ki, o, 2010-cu ildə ordudan tərxis olunub.