Xəzər dənizində, “Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə yerləşən neft kəməri sualtı müşahidə aparatıyla yoxlanılarkən insan qalıqları və sümükləri aşkarlanıb.
"Leqal"ın əldə etdiyi məlumata görə, insan qalıqları və sümükləri xüsusi konteynerlə sudan çıxarılıb.
Çıxarılan qalıqlara baxış zamanı onun kəskin çürüməyə məruz qalmış, bədəninin bir hissəsi olmayan kişi meyiti olduğu məlum olub. Tapılan şəxsin əynində 4 ədəd köynək olub.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılır.