Xəzərdə batan 29 yaşlı gəncin meyiti

Xəzərdə batan 29 yaşlı gəncin meyiti
  • Hadisə

  • Xəzər dənizində batan Salyan rayon sakininin meyiti tapılıb.

    LEQAL.AZ  report-a istinadən xəbər verir ki, rayonun Xıdırlı kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Xamis Füzuli oğlunun meyiti sahildə aşkar edilib.

    Meyit müayinə olunması üçün Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.

    Qeyd edək ki, X.Xəlilov ötən gün balıq tutmaq məqsədi ilə motorlu qayıqla dənizə çıxmışdı.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər