Xəzərdə naməlum qadın meyiti tapıldı

Xəzərdə naməlum qadın meyiti tapıldı
  • Hadisə

  • Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin sahilində çimərlik geyimində 25-26 yaşlarında naməlum qadın meyiti tapılıb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

    Onun dənizdə boğulduğu ehtimal edilir. Aşkarlanan meyit arıq bədən quruluşludur. Boyu 156 santimetrdir. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Tapılan zaman barmağında qızıl üzük olub.

    Həmin şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 012 454 22 22 və 070 300 20 99 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər