Tofiq Yaqublu Səbail Rayon Prokurorluğunda ifadə verib.
"Leqal" xəbər verir ki, bu barədə o özü məlumat yayıb.
Tofiq Yaqublu bildirib ki, prokurorluqdan çıxıb və ekspertizaya gedir.
Qeyd edək ki, Tofiq Yaqublu Səbail Rayon Prokurorluğuna vəkil Nemət Kərimlinin şikayəti əsasında ifadə verməyə çağırılıb.