Saakaşvili xəstəxanada yıxılaraq huşunu itirib

Saakaşvili xəstəxanada yıxılaraq huşunu itirib
  • Hadisə

  • “Gürcüstanda həbsdə olan keçmiş prezident Mixeil Saakaşvilinin vəziyyəti pisləşib. O, bu gün huşunu itirərək yıxılıb”.

    “Leqal” report-a istinadən xəbər verir ki, onun vəkili Beka Basilaya jurnalistlərə məlumat verib.

    Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib ki, M.Saakaşvilinin sağlamlıq durumu sabitdir. Qeyd olunub ki, həkim-reanimatoloq tezliklə mətbuat üçün açıqlama ilə çıxış edəcək.

    Qeyd edək ki, sabiq dövlət başçısı oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, noyabrın 8-də Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidəki Qldani həbsxanasının klinikasına yerləşdirilib. M.Saakaşvili saxlanıldığı gündən artıq 49-cu gündür aclıq aksiyası keçirir.
    PAYLAŞ:

    Oxşar xəbərlər