Azərbaycanda polis əməkdaşları qəzaya düşdü: Ölən və yaralanan var

Azərbaycanda polis əməkdaşları qəzaya düşdü: Ölən və yaralanan var
  • Hadisə

  • Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

    DİN-in Mətbuat Xidmətindən Leqal.az verilən məlumata görə, noyabrın 12-də saat 04:00 radələrində Şamxal Seyidəliyev şəhər ərazisində idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini İ.Səfərovun vəziyyəti isə orta-ağırdır.

    Oğuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər