DİN Qubada 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

DİN Qubada 2 nəfərin öldüyü hadisə barədə məlumat yaydı
  • Hadisə

  • Daxili İşlər Nazirliyi Qubada baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

    LEQAL.AZ  nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 1-də saat 23 radələrində Quba rayonunun Dəvədabanı yaşayış sahəsində rayon sakinləri F.Adıgözəlovun idarə etdiyi “QAZel” və Rauf Nəcəfovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə R.Nəcəfov hadisə yerində, sərnişini Taleh Abıyev isə xəstəxanaya aparılarkən yolda ölüb, digər 2 sərnişini, həmçinin F.Adıgözəlovun 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər