ÜST rəhbəri koronavirusun laboratoriya mənşəli olduğunu istisna etməyib

ÜST rəhbəri koronavirusun laboratoriya mənşəli olduğunu istisna etməyib
  • Dünya

  • Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus SARS-CoV-2 laboratoriyasından sızıntı faktını istisna etmədiyini bildirib.

    LEQAL.AZ  “RİA Novosti”yə istinadən xəbər verir ki, o bunu G7 liderlərinin sammitində deyib.

    Qebreyesus qeyd edib ki, azı 174 milyon insan koronavirus infeksiyasına yoluxub və 3,75 milyon insan isə onun fəsadları nəticəsində həyatını itirib.

    “Düşünürəm ki, insanlar bu virusun haradan gəldiyini öyrənməlidirlər. Onların buna haqqı var. Gələcəkdə pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün bu bizə lazımdır”, - deyə “Daily Mail” Qebreyesusdan sitat gətirib.

    Onun sözlərinə görə, SARS-CoV-2-nin mənşəyi ilə bağlı istintaqın ilkin mərhələlərində Çin kifayət qədər “şəffaflıq və əməkdaşlıq” göstərməyib. Baş direktor hər bir fərziyyənin nəzərə alınmalı olduğunu bildirib.

    “Xüsusilə işlənilməmiş məlumatların mübadiləsi ilə bağlı çətinliklər var idi... Ümid edirik ki, növbəti mərhələdə əməkdaşlıq daha yaxşı təşkil olunacaq”, - deyə ÜST rəhbəri qeyd edib.

    PAYLAŞ:

    Oxşar xəbərlər