Rusiya və Yaponiya gəmiləri toqquşub, üç heyət üzvü ölüb

Rusiya və Yaponiya gəmiləri toqquşub, üç heyət üzvü ölüb
  • Dünya

  • Yaponiyaya məxsus "Dai-hachi Hokko-maru" balıqçı gəmisi Hokkaydonun Monbetsu şəhəri yaxınlığında Rusiyanın "Amur" balıqçı gəmisi ilə toqquşub.

    LEQAL.AZ Kyodo xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində yapon gəmisinin 3 heyət üzvi ölüb.

    Xilasetmə və təcili yardım xidmətinin yaydığı məlumata görə, Yapniya gəmisində 9,7 ton yük, 6 heyət üzvü, Rusiya gəmisində isə 662 ton yük və 23 nəfər heyət üzvü olub.

    Yerli vaxtla, təxminən saat 6-da (Bakı vaxtı ilə 01:00) Monbetsu limanından 23 kilometr məsafədə baş verən hadisə nəticəsində yapon balıqçı gəmisi aşıb. Yapon gəmisinin göyərtəsindəki beş nəfər “Amur”un ekipajı tərəfindən xilas edilib, lakin onlardan üçünün öldüyü məlum olub./apa
    PAYLAŞ:

    Oxşar xəbərlər