Gürcüstanda karantin qadağaları sərtləşdirilir

Gürcüstanda karantin qadağaları sərtləşdirilir
  • Dünya

  • Bu gündən Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

    Bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.

    Qərar ölkədə koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədər verilib.

    “Yeni qaydalar mayın 3-dən 12-nə qədər davam edəcək. Qadağa taksilərə və şəhərlərarası nəqliyyata təsir etməyəcək”, - deyə kabinetdən bildirilib.

    Qeyd edək ki, mart ayından Gürcüstanda koronavirusa yoluxma artır. Aprelin ortalarından ölkədə koronavirusun 3-cü dalğası xəbərdarlığı edilib.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər