Dünyada son sutka ərzində 870 405 nəfər koronavirusa yoluxub, 14 661 nəfər ölüb.
LEQAL.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 150 989 419 yoluxma hadisəsi, 3 173 576 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 48 faizi Cənub-Şərqi Asiyanın (419 456) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (219 805) ilə Avropa (155 791) bölüşür./apa/
LEQAL.AZ