Misirdə bazar günü baş vermiş dəmir yolu qəzasında həlak olanların sayı 23-ə çatıb.
LEQAL.AZ-ın məlumatına görə, bu barədə açıqlama verən Misirin səhiyyə naziri daha 139 sərnişinin yaralandığını bildirib.
Hazırda paytaxt Qahirənin xəstəxanalarında müalicə olunan yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.