Gürcüstanda 18 yaşdan yuxarı şəxslər vaksinasiya olunacaq

Gürcüstanda 18 yaşdan yuxarı şəxslər vaksinasiya olunacaq
  • Dünya

  • Aprelin 20-dən Gürcüstanda 18 yaşdan yuxarı şəxslərin koronavirus əleyhinə vaksinasiyası üçün ilkin qeydiyyatı başlayıb.

    LEQAL.AZ xəbər verir ki, bunun üçün https://www.moh.gov.ge/covid-chart/register/welcome portal istifadəyə verilib.

    Gürcüstan hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurasından bildirilib ki, ilkin qeydiyyatın məqsədi peyvənd vurdurmaq istəyənlərin sayını müəyyən etməkdir.

    Qeydiyyat zamanı vətəndaşlara vaksini seçmək imkanı da yaradılıb.

    Qeyd edək ki, Gürcüstanda pandemiyanın üçüncü dalğası yaşanır.

    Ölkədə vaksinasiyaya martın 15-dən başlanılıb və bu günə qədər 32 590 şəxs peyvənd olunub./azərtac
     
    PAYLAŞ:

    Oxşar xəbərlər