Türkiyədə fabrikdə güclü partlayış baş verib

Türkiyədə fabrikdə güclü partlayış baş verib
  • Dünya

  • Türkiyənin Kocaeli vilayətində fabrikin qazanxana hissəsində güclü partlayış baş verib.

    LEQAL.AZ xəbər verir ki, şəhərin Körfez rayonunda baş verən hadisə nəticəsində fabrikdə olan işçilərdən səkkizi yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

    Partlayışın təsirindən fabrikdə yanğın meydana gəlib, lakin qısa zaman ərzində söndürülüb.

    Faktla bağlı araşdırma başladılıb.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər