Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda mebel fabrikində güclü partlayış baş verib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, ilkin məlumata əsasən, partlayış fabrikin buxar qazanında meydana gəlib. Hadisə nəticəsində işçilərdən biri həlak olub, altısı yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır.
Əhali arasında təşvişə səbəb olan partlayış ətraf bölgələrdə də hiss edilib.
Faktla bağlı araşdırma aparılır.