Türkiyədə son 24 saat ərzində 258 nəfər koronavirus səbəbindən vəfat edib.
“Haber Global” məlumat verir ki, ölkə üzrə 304 492 nəfərin COVID-19 testi yoxlanıb və günlük yoluxma sayı 55 941 nəfər təşkil edib. 37 914 nəfər isə sağalaraq, adi həyat tərzinə qayıdıb.
Hazırda ölkə xəstəxanalarında 2615 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.