“Amerika Birləşmiş Ştatları Ukraynanın şərqində baş verən son hadisələrdən narahatdır”.
LEQAL.AZ-ın əldə etdiyi məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya tərəfinin hərəkətləri, keçən ilin iyul ayında deeskalasiya razılaşmasını alt-üst edib.
Qeyd edək ki, Ukraynanın Donbas bölgəsində separatçıların hücumu nəticəsində Ukrayna ordusunun dörd hәrbçisi hәyatını itirib, ikisi dә yaralanıb.