Nur-Sultanda karantin qaydaları sərtləşdirildi

Nur-Sultanda karantin qaydaları sərtləşdirildi
  • Dünya

  • Qazaxıstanın paytaxtı Nur-Sultanda karantin qaydaları sərtləşdirilir. Paytaxtın dövlət sanitar baş həkimi Sarxat Beysenova karantinin sərtləşdirilməsi haqqında yeni qərar imzalayıb.

    LEQAL.AZ unikal.org-a istinadən xəbər verir ki, buna səbəb paytaxtda qeyri-sabit epidemioloji vəziyyət və koronavirusa yoluxma sayının artmasıdır. Yeni sənəd martın 30-dan qüvvəyə minir.

    Qərara əsasən ticarət və əyləncə mərkəzləri qısaldılmış iş rejimində fəaliyyət göstərəcəklər. Həftə sonları mərkəzlərin fəaliyyətləri qadağan edilib. Bütün təhsil müəssisələrinin tələbələri, eləcə də məktəblilər, buraxılış sinifləri istisna olmaqla distant təhsilə keçiriliblər. İaşə obyektlərinin həftə sonları fəaliyyəti qadağan olunub. Yalnız evə çatdırılma sifarişlərinə icazə verilir.

    Qeyd edək ki, Nur-Sultan epidemioloji qiymətləndirməyə görə martın 10-dan "qırmızı" zonadadır. Şəhərdə sutka ərzində koronavirusa 300-dən çox yeni yoluxma halı qeydə alınır. Paytaxt sakinlərindən və qonaqlardan COVID-19 hallarının artmaması üçün karantin rejiminin sanitar normalarına və tələblərinə ciddi əməl etmələri xahiş olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər