Bu gün Myanmada hərbi rejim əleyhinə keçirilən etiraz nümayişində ölənlərin sayı 100 nəfərə çatıb.
LEQAL.AZ xəbər verir ki, məlumatı “Haber Global” yayıb.
Etiraz yürüşünün dağıdılması zamanı hərbçilər etirazçılara odlu silahdan atəş açıb.
Xatırladaq ki, fevralın 1-də Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.