Myanmada öldürülən etirazların sayı 247 nəfərə çatdı

Myanmada öldürülən etirazların sayı 247 nəfərə çatdı
  • Dünya

  • Myanmada hərbi çevrilişə və qanuni hökumətin üzvlərinin tutulmasına qarşı son sutkada keçirilən etiraz aksiyalarının dağıdılmasının gedişatında daha 23 nəfər həlak olub.

    Bu barədə LEQAL.AZ “Anadolu”ya istinadən xəbər verir.

    Myanmanın Siyasi Məhbuslarına Yardım Assosiasiyası bildirib ki, etiraz aksiyaları şənbə günü və bazar günü bir sıra böyük şəhərlərdə, xüsusi halda Yanqonda, Aunbanda, Taketdə, Baqo və Pakxoukuda davam edib. Ölkənin təhlükəsizlik qüvvələri küçələrə toplaşan etirazçıları dağıtmaq üçün döyüş güllələri tətbiq edib. Nəticədə 23 nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.

    Bununla da hərbi çevriliş günündən etiraz aksiyalarında həlak olanların ümumi sayı 247 nəfərə çatıb, 2 345 etirazçı saxlanılıb. Onlardan 1 994 nəfəri hələ də həbsdədir.

    Fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanmanın Silahlı Qüvvələrinin Baş qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub.

    Myanmada çevrilişin ardınca fövqəladə vəziyyət rejimi elan edilib.(report)
    PAYLAŞ:

    Oxşar xəbərlər