Türkiyədə sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada üç nəfər ölüb

Türkiyədə sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada üç nəfər ölüb
  • Dünya

  • Türkiyənin Düzce vilayətində baş verən avtomobil qəzası nəticəsində 3 nəfər həlak olub, 11 nəfər müxtəlif bədən xəsarətləri alıb.

    LEQAL.AZ xəbər verir ki, hadisə şəhərin Akçakoca rayonunda İstanbuldan Zonguldaka gedən sərnişin avtobusu ilə bir avtomobilin toqquşması nəticəsində baş verib.

    Hadisə yerinə çox sayda təcili tibbi yardın və polis briqadaları cəlb olunub. Qəza zamanı xəsarət alan avtobusun sürücüsü ilə 10 sərnişin ətraf xəstəxanalara göndərilib.

    Faktla bağlı araşdırma başladılıb.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər