Gürcüstan koronavirusun üçüncü dalğasının başlanğıc mərhələsindədir. Gürcüstanın Səhiyyə Nazirliyi vətəndaşları mütəxəssislərin məsləhətlərinə riayət etməyə çağırır.
LEQAL.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze söyləyib.
Nazir deyib: “Epidemioloqlar ölkədə koronavirusun üçüncü dalğasının başladığını rəsmən elan edəcəklər. Vətəndaşlarımız buna hazır olmalı, koronavirusa qarşı mübarizə ilə əlaqədar bütün mümkün vasitələrdən istifadə etməlidirlər”.
Onun sözlərinə görə, koronavirusa qarşı effektiv mübarizə aparmaq üçün kompleks tədbirlər görüləcək. O cümlədən, kütləvi vaksinasiya ilə bağlı kampaniya aparılacaq.(azərtac)