ABŞ Fələstinə 15 milyon ABŞ dolları həcmində humanitar yardım edəcək.
LEQAL.AZ report-a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
Diplomat bildirib ki, bu vəsaitlər koronavirus xəstələrini müalicə edən xəstəxanalara, yoxsul ailələrə yardım və qida proqramlarına yönləndiriləcək.