“Bildiyiniz kimi koronavirusa qarşı peyvənd olundum. İndi görək yaranan antikorun titri nə vaxt görünəcək və nə qədər olacaq”.
LEQAL.AZ report-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
O, qeyd edib ki, titr məlum olduqdan sonra ziyarət coğrafiyasını genişləndirəcək.
Xatırladaq ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin artıq koronavirus əleyhinə peyvənd edilib.